Milli Məclisin yaz sessiayasında “Lombardlar haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, qanun layihəsi komitənin yaz sessiyasının işlər planına daxil edilib:
“Bundan əlavə, sessiya ərzində bir neçə qanunlara da əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, “Lombardlar haqqında” qanun layihəsi parlamentin 2019-cu il payız sessiyasında müzakirəyə çıxarılaraq II oxunuşda qəbul edilmişdi. Daha sonra qanun layihəsi Milli Məclisin 2020-ci ilin yaz və payız sessiyasının qanunvericilik işlər planına daxil edilsə də müzakirəyə çıxarılmamışdı.