4 C
Baku
Tuesday, December 24, 2024

Milli Məclis nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydasını təsdiqləyib

Milli Məclis nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydasını təsdiqləyib.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “İstehsalat və məişət tullantıları haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən nəqliyyat vasitələri utilizasiyaya aşağıdakılar tərəfindən verilir:

– nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs;

“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin II və III hissələrinə uyğun olaraq onların dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar tərəfindən:

– Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən;

– istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.

Nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin IX-I və IX-II hissələri ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər