Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış Saziş Qırğızıstanla hava əlaqələrinin qurulmasını, iki ölkənin bir-birinin hava məkanından istifadə etməsi və s. məsələləri nəzərdə tutur.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.