9 C
Baku
Friday, December 13, 2024

Milli Məclis təcili toplanır

Bu barədə açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininüzvü , millət vəkili Vahid Əhmədov deyib. Növbədənkənar iclasda əmanətlərin sığortalanması məsələsinin müzakirə olunacağı gözlənilir.
Millət vəkilinin sözlərinə görə, əgər təkliflər qəbul edilərsə, əmanətlərin qorunması limitsiz ola bilər. “Hazırda isə 30 min manata qədər olan əmanətlər qorunur. Amma bizim təklifdə qeyd edilir ki, o limit götürülsün və banklarda istənilən qədər əmanətlər qorunsun”.

2015-ci il fevralın 24-dən etibarən isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 9%-dən 12%-ə qaldırılıb. Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, hər bir sığorta hadisəsinə görə qorunan əmanətçinin qorunan əmanətinə ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir.

ANSPress

Son xəbərlər
Digər xəbərlər