23 saylı Nəsimi-Səbail seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Ziyad Səmədzadə avqustun 12-də seçicilərlə görüşüb.
Banker.az xəbər verir ki, görüşdə bir sıra ziyalı və seçki dairəsindən olan tanınmış şəxslər də iştirak edib.
Görüşdə akademik Ziyad Səmədzadə Əliabbas oğlunun həyat və yaradıcılığına toxunulub, xüsusilə respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirakına toxunulub.
Qeyd edək ki, Ziyad Səmədzadə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professorudur.