16 C
Baku
Friday, October 18, 2024

Milli Məclis yeni avtomobillər alıb

“Milli Məclisin xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və istismara verilib”.

Bunu Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin 2024-cü il üçün xərclər smetası haqqında qərar layihəsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, yeni avtomobillərin alınması ilə avtopark yenilənib: “Elektrik yarımstansiyalarında yenidənqurma işləri aparılıb və istismarı yararsız hala düşmüş elektrik avadanlıqları yenisi ilə əvəz edilib. İnzibati binada və digər ərazilərdə mütəmadi olaraq cari təmir işləri bu gün də davam edir”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər