9 C
Baku
Thursday, December 12, 2024

Milli Məclisdə devalvasiya müzakirələri başladı

Milli Məclisin bu gün keçirilən iclasında manatın devalvasiyası barədə müzakirələr başlayıb.

Trend-in məlumatına görə, millət vəkilləri müxtəlif təkliflər səsləndirib.

Millət vəkili Vahid Əhmədov hökuməti bu məsələ ilə bağlı ciddi tədbirlər görməyə çağırıb: “Biz hökumətin müəyyən üzvləri, Mərkəzi Bankla müzakirələr aparmışıq. Təklifimiz odur ki, əhalinin 10 min dollara qədər kreditləri köhnə məzənnə ilə hesablansın. Xahiş edirəm ki, hökumət Mərkəzi Banka bu istiqamətdə kömək etsin. İkincisi isə, əhalinin əmanətlərinin sığortalanması ilə bağlıdır. Əmanətlərə 3 illik morotorium qoyulsun. Üçüncü təklifim bankların birləşməsi ilə bağlıdır. Gedən proseelər onu göstərir ki, manatın devalvasiyasından sonra problemlər yarana bilər. Bunun üçün hökumət gecə-gündüz işləməlidir. Azərbaycan belə hadisələr çox görüb və mən əhalini təmkinli omağa çağırırıram”.

Spiker Oqtay Əsədov isə cavabında deyib ki, bu istiqamətdə Prezident İlham Əliyevin hökumətə ciddi tapşırıqları var: “Hazırda tədbirlər planı hazırlanır. Yaxın bir ay ərzində əhalimiz bunu hiss edəcək”.

x x x

Milli Məclisin deputatı Zahid Oruc isə lazımsız dövlət komitə və agentliklərinin ləğv olunmasını təklif edib. O qeyd edib ki, hökumət bir sıra komitələrin və agentliklərin fəaliyyətinə yenidən baxmalıdır və lazımsız olanları ləğv etməlidir: “Bu artıq məmur yüküdür”.

Z.Oruc bildirib ki, manata təzyiqin qarşısını almaq üçün inhisarçlığa son qoyulmalı və şəfafflıq daha da artırılmalıdır.

Son xəbərlər
Digər xəbərlər