9 C
Baku
Monday, November 18, 2024

Milli Məclisdə “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik qəbul edilib

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.

Bu, Milli Məclisin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihə bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi ilə hazırlanıb.

Layihə müzakirələrdən sonra III oxunuşda qəbul olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər