Milli Məclisdə “Orqanik istehsal haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.
Bu barədə parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib.
O bildirib ki, yeni qanun layihəsi komitənin 2022-ci il üçün qanunverici işləri planına daxil edilib.
Qeyd edək ki, Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasındakı ilk iclası sentyabrın 16-da keçiriləcək.