Milli Məclisdə TÜRKPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının iclası keçirilir.
Komissiyanın sədri İsmət Uçma görülmüş işlər və qarşıda duran məsələlər barədə danışıb.
Sonra iclasın gündəliyi qəbul edilib.
Qeyd edək ki, bu gün Bakıda Milli Məclisin ev sahibliyi ilə Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclası keçiriləcək.
İclasdan öncə Assambleya Şurasının toplantısı olacaq, təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikasının Milli Məclisinə təhvil veriləcək.
©Trend