10 C
Baku
Friday, December 13, 2024

Milli Məclisdə yeni doğulan uşaqlara 500 manat verilməsi təklifi irəli sürüldü

Azərbaycanda yeni doğulan uşaqlara 500 manat verilməsi təklif edilir.

Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli çıxış edib.

O bildirib ki, əvvəllər yeni doğulan uşaqlara 105 manat vəsait verilirdi, indi bu məbləğ 200 manata qaldırılıb: “Amma yeni doğulan uşaqların xərcləri bundan 5 dəfə çoxdur. Ona görə mən təklif edirəm ki, yeni doğulan uşağa 200 manat yox, 500 manat verilsin və bu, uşaqpulu məsələsində müəyyən bir addımın atılmasına gətirib çıxaracaq. Bunun üçün əvvəlki variantda haradasa 16 milyon manat, təklif etdiyim variantda isə 40 milyon manat pul lazımdır. Büdcəsinin gəlirləri 27 milyard manata çatan bir ölkədə o qədər pul deyil ki, bu məsələyə diqqət yetirilməsin”.

©APA

Son xəbərlər
Digər xəbərlər