9 C
Baku
Friday, December 13, 2024

Milli Məclisin gələn il üçün xərclər smetası təsdiqləndi

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında” qanun layihəsi müzakirə edilib.

Layihəyə əsasən, 2021-ci il üçün Milli Məclisin xərclər smetasının 42 milyon 270 min 400 manat olması proqnozlaşdırılıb.

Bu vəsaitdən əməyin ödənişi üçün 34 milyon 492 min 90 manat, ştatda olan işçilərin əməkhaqqına 22 milyon 577 min 364 manat, o cümlədən deputatların əməkhaqqına 5 milyon 382 min 624 manat, ekspertlərin əməkhaqqına 7 milyon 680 min manat, Milli Məclis Aparatı üzrə əməkhaqqına 7 milyon 671 min manat, deputat köməkçilərinin əməkhaqqına 2 milyon 250 min, Milli Məclisin İşlər İdarəsi üzrə əməkhaqqına 4 milyon 587 min 720 manat, dövlət qulluğu ilə əlaqədar əlavələrə 2 milyon 258 min 340 manat, ştatdan kənar işçilərin əməkhaqqına 37 min 800 manat, əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə 4 milyon 971 min 140 manat, əməkhaqqına görə ayırmalara 6 milyon 905 min 786 manat, ezamiyyə xərcləri üçün 870 min manat nəzərdə tutulub. Xərclər smetasında nəqliyyat vasitələri üçün 300 min manat da ayrılıb.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər