Bu gün keçirilən Milli Məclisin iclasında pandemiya dövründə yazılan cərimələrin ləğv edilməsi təklif edilib.
Banker.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
R. Nurullayev pandemiya dövründə müvafiq tələblərin pozulması ilə bağlı yazılan cərimələrin ləğv edilməsini təklif edib: “Qonşu Gürcüstan bu addımı atıb. Ona görə də parlamentin müvafiq komitəsinin bu məsələni müzakirə etməsini və bu layihəni müzakirəyə təqdim etməsini təklif edirəm”.