-1 C
Baku
Saturday, December 14, 2024

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Bu gün 2016-cı ilin payız sessiyası çərçivəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda komitə sədri Ziyad Səmədzadə bildirib ki, bu ilin yaz sessiyası çox məhsuldar keçib: “Yaz sessiyasında 18 iclas keçirilib. 76 məsələ, o cümlədən 75 qanun layihəsi ətraflı müzakirə edilib”.

Z. Səmədzadə deyib ki, Azərbaycan iqtisadi islahatların dərinləşməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir.

“Dövlət başçısı bununla bağlı hökumətə müvafiq tapşırıqlar verib. Azərbaycan iqtisadiyyatının davamlı inkişafı üçün əlavə tədbirlər görülür. Bu tədbirlərin bir istiqaməti kimi qanunları təkmilləşdirmək lazımdır”, – deyə Z. Səmədzadə vurğulayıb.

O əlavə edib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə 30 yaxın qanun layihəsi daxil edilib.

Sonra iclasda 2016-cı ilin payız sessiyası zamanı komitədə görüləcək qanunvericilik işlərinin planı müzakirə edilib. İşlər planına Vergilər Məcəlləsinə dəyişiklik, “Mühasibat uçotu haqqında”, “Dövlət rüsumu haqqında”, “Poçt haqqında”, “Reklam haqqında”, “Qiymətli kağızlar bazarı haqında”, “Kredit büroları haqqında”, “Aviasiya haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri, o cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergi münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergi münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun layihələri daxildir.

Son xəbərlər
Digər xəbərlər