“COVID-19” pandemiyası ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq Milli Məclisin sabah keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb.
Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iyunun 21-də gün ərzində Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları iyunun 23-də bəlli olacaq.
Bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar plenar iclasının tarixi dəyişdirilib.
Plenar iclasın yeni tarixi ilə bağlı məlumat veriləcək.