14 C
Baku
Thursday, April 25, 2024

Milli Məclisin komitə iclasında dövlət büdcəsinə dəyişiklik layihəsi müzakirə olunur

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatıb.

İclasın gündəliyində olan hər üç məsələ parlamentin plenar iclasına tövsiyə olunub.

Saat 15:12

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbədənkənar sessiya çərçivəsində iclası başlayıb.

Yığıncaqda Maliyyə naziri Samir Şərifov, Maliyyə nazirinin müavini Azər Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Gömrük Komitəsinin Baş idarə rəisi Mirqasım Vahabov və deputatlar iştirak edirlər.

İclasın gündəliyinə üç məsələ daxil edilib:

1.“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

2.”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3.“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər