8 C
Baku
Monday, November 18, 2024

Milli Məclisin komitə sədrindən dərman satışı ilə məşğul olan şirkətlərə çağırış

İdxalçı şirkətlər Azərbaycana dərman vasitələrinin gətirilməsi və sertifikasiya məsələsinin sadələşdirilməsindən sui-istifadə etməməlidir.

Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklər bir çox narahatlıqları aradan qaldıracaq: “Lakin müəyyən sadələşmələr gərək keyfiyyətə mənfi təsir etməsin. Əvvəl gətirilən dərman vasitələri aylarla gözlədilirdi, indi isə sənədləşmə işləri bir neçə gün çəkəcək. Ona görə də idxalçı şirkətlər bundan istifadə edib ölkəyə keyfiyyətsiz dərmanlar gətirməməlidir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər