21 C
Baku
Tuesday, October 8, 2024

Milli Məclisin maşını 5 600 AZN-ə satışa çıxarılıb (Siyahı)

1 dekabr 2020-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Banker.az xəbər verir ki, satışda ümumilikdə 8 avtomobil olacaq.

Milli Məclisinin İşlər İdarəsinin balansında olan “Nissan Maxima” markalı nəqliyyat vasitəsi 5 600 manata təkrar hərraca çıxarılır.

Bundan başqa, Azərbaycan Respublikasının Baş Prokurorluğu balansında olan nəqliyyat vasitələri (“Volkswagen Passat” markalı 2 nəqliyyat vasitəsi və “Nissan Maxima”) satışda olacaq.

Bundan əlavə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin balansında olan nəqliyyat vasitəsi (“Nissan Maxima”) 3 750 manata təklif olunacaq.

Qeyd:  1-ci sətirdə  Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat  vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

2-ci sətirdə  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar cəmiyyətinin balansında olan nəqliyyat  vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

3-cü sətirdə  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan nəqliyyat  vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

4-6-cı sətirdə  Azərbaycan Respublikası Baş Prokurorluğun balansında olan nəqliyyat  vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

7-ci sətirdə  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin balansında olan nəqliyyat  vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

8-ci sətirdə  Suraxanı Rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat  vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

78

Son xəbərlər
Digər xəbərlər