Deputatlara iclasın gündəliyi barədə hələlik məlumat verilməyib
Milli Məclisin deputatları növbədənkənar iclas üçün toplanacaqlar. Yanvarın 19-da keçirilməsi nəzərdə tutulan iclasda hansı məsələlərin müzakirə olunacağı isə hələ ki, mətbuata açıqlanmır.
Qeyd edək ki, Milli Məclis hazırda tətildədir. Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib.
Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı. Milli Məclisin vaxtında əvvəl toplanmasının səbəblərinə və bu iclasda müzakirə ediləcək mövzulara gəlincə, parlament üzvlərinin də hələlik bu barədə məlumatlı deyillər.