9 C
Baku
Friday, December 13, 2024

Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalanıb

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, sərəncamda bildirilir ki, növbədənkənar sessiyanın gündəliyinə daxil edilmiş məsələlər bitdikdən sonra Milli Məclisin növbədənkənar sessiyası işini bitirmiş hesab edilir.

Son xəbərlər
Digər xəbərlər