Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 6 məsələ daxil edilib.
İclasda yaşı 65-dən yuxarı olan deputatlar iştirak etmir.
Öncə Elman Sirac oğlu Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi məsələsinə baxılacaq.
Daha sonra isə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.
Bundan əlavə, “Milli Məclis deputatının statusu haqqında”, “Milli Məclisin Daxili Nizamnaməsi”nə, “Milli Məclisin komitələri haqqında” “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Orden və medallarının təsis edilməsi haqqında” qanunlarına dəyişiklik layihələri II oxunuş müzakirəyə çıxarılacaq.
©Report