Milli Məclisin növbəti plenar iclası başlayıb.
İclas Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
İclasın gündəliyinə sabiq hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi, digər bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad olunması da daxil olmaqla ümumilikdə 22 məsələ daxil edilib.