Milli Məclisin şöbə müdiri vəzifəsindən azad edilib

Milli Məclis Aparatının Analitik İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev vəzifəsindən azad edilib.

Aydın Ağayev öz ərizəsi ilə Milli Məclis rəhbərliyinə müraciət edib.

1950-ci il təvəllüdlü Aydın Ağayev Milli Məclisin qocaman məmurlarından idi.

Tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Aydın Ağayev uzun illər Azərbaycan Televiziyasında “Planetimiz bu gün” verilişinin aparıcısı olub.

Aydın Ağayev 2-ci dərəcə dövlət müşaviridir, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Aydın Ağayev

©Müsavat

Son xəbərlər
Digər xəbərlər