Gələn il Milli Məclisə dövlət büdcəsindən 49 144 109 manat ayrılması nəzərdə tutulub.
Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.
Bu vəsaitin 39 636148 manatı əməyin ödənişinə, 1 540 040 manatı ezamiyyəyə, 407 425 manatı isə cari təmirə xərclənəcək.
Qeyd edək ki, bu, 2022-ci illə müqayisədə 10.6 % çoxdur. 2022-ci ildə dövlət büdcəsindən bu məqsədlə 44 395 533 manat vəsait ayrılıb.