Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işlər planı müəyyənləşib.
Sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulur.
Sessiya ərzində “Hərbi qulluqçuların statusu haqqında” yeni qanunun layihəsinə, həmçinin Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin, seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.
Bundan başqa, işlər planına digər qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılması da daxil edilib.
Qeyd edək ki, Milli Məclisin iş planı fevralın 1-də keçirilməsi nəzərdə tutulan plenar iclasda müzakirəyə çıxarılacaq.