8 C
Baku
Monday, November 18, 2024

Milli Mətbuat Günü münasibətilə intellektual yarış keçirildi

®“Nar”, 22 iyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini artıq  ənənəvi olaraq təşkil olunan intellektual yarışmada bir araya gətirib. 20-dən çox media orqanını təmsil edən jurnalistlər 7 komandada biliklərini yarışdırıblar. Bu ilki yarışmada iştirakçılara 7 tur boyunca milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlikdə suallar verilib. Bununla yanaşı, komanda quruculuğu oyunları ilə media nümayəndələrinin bir-biri ilə daha yaxından tanışolma fürsəti olub. 

Qaliblərin seçimi zamanı həm intellekt yarışının xalları, həm də komanda quruculuğu oyununun nəticələri nəzərə alınıb. Nəticə etibarilə, yarışda qalibiyyəti “Ziya” komandası qazanıb, “Yeni Həyat” komandası 2-ci, “Molla Nəsrəddin” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalara “Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edilib.  

“Nar” maariflənməni təşviq etmək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir, eyni zamanda intellektual yarışların dəstəkçisi rolunda çıxış edir. Layihələr haqqında daha ətraflı məlumat üçün: https://www.nar.az/projects/ .

image00005 image00002 photo 5321149440054119381 y photo 5321149440054119382 y photo 5321149440054119383 y

Son xəbərlər
Digər xəbərlər