Azərbaycan Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyev vəzifəsindən azad edilib.
Bu barədə müvafiq Sərəncam imzalanıb.
Digər bir sərəncama əsasən isə bu vəzifəyə polkovnik Gündüz Əbdülov təyin edilib.
Qeyd edək ki, Heydər Piriyev 2022-ci ilin iyun ayında Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi.