9 C
Baku
Friday, December 13, 2024

Milli Paralimpiya Komitəsinin I vitse-prezidenti Natiq Qasımov vəzifəsindən azad edilib

Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) Ümimi yığıncağı keçirilib.

MPK-dan verilən məlumata görə, Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunmuş toplantının gündəliyində qurumun Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar görülən işlər, Nizamnamədə dəyişikliklərinin təsdiq olunması və təşkilatı məsələlər yer alıb.

Yığıncaqda təşkilati məsələlərə də baxılıb. Üzvlərin səsverməsi nəticəsində MPK-nin I vitse-prezidenti Natiq Qasımov vəzifəsindən azad edilib, Yaşar Hacıyev isə vitse-prezident vəzifəsinə seçilib. MPK-nin İcraiyyə Komitəsi isə aşağıdakı tərkibdə seçilib.

Rəhimov İlqar Elxan oğlu – ARMPK-nin prezidenti, İcraiyyə komitəsinin sədri

Zəkiyev İlham Əizağa oğlu – ARMPK-nin vitse prezidenti

Hacıyev Yaşar Fərəc oğlu – ARMPK-nin vitse prezidenti Sumqayıt Paralimpiya İdman Kompleksinin direktoru

Məmmədov Kamal Cabir oğlu- ARMPK-nin baş katibi

Sultanova Afaq Vaqif qızı – Cüdo üzrə Paralimpiya çempionu

Kərimova Vüsalə Akif qızı- Əlil İdmançılara dəstək” İB-nin baş katibi, Əlil arabasında idman rəqsi, idmançı

Sadıxov Sadıx Asəf oğlu – “Neftçi” İC icraçı direktoru

Məmmədov Aydın Ağa əli oğlu – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sector müdiri

Abdullayev Səmyar Abdulla oğlu – Gözdən Əlillər Cəmiyyətinin prezidenti,

Kərimov Mehman Bayram oğlu – Milli Olimpiya Komitəsinin şöbə müdiri

Abbasova Səlhət Manaf qızı – Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının məsul katibi

©Report

Son xəbərlər
Digər xəbərlər