Milli Televiziya və Radio Şurası zərər edib

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 2018-ci ildə cəmi gəlirləri 3 milyon 865 min 873 manat olub.

Banker.az bu barədə Milli Televiziya və Radio Şurasının illik hesabatına istinadən xəbər verir.

Milli Televiziya və Radio Şurasının 2018-ci ildə  cəmi xərcləri isə 3 milyon 876 min 877 manat təşkil edib.  Xərclər gəlirləri üstələdiyindən  MTRŞ-nın zərəri yaranıb.

Ötən il  Milli Televiziya və Radio Şurasının əmək haqqı xərcləri 698 min manat, televiziya kanallarına ödəmələri 3 milyon manat, material xərcləri 20 min manat, amortizasiya xərcləri 21 min manat, sair əməliyyat xərcləri isə 138 min manat təşkil edib.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər