Milli valyutada olan əmanətlər 1,5 dəfə artıb

Mərkəzi Bankın məlumatına görə, sentyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 8020,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən  bildiriblər ki, əmanətlərin 63,0 faizi xarici, 37,0 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə, xarici valyutada əmanətlər isə 1,5 faiz artıb.