Azərbaycanda milli valyutada 2021-ci ilin fevralında cəlb edilmiş depozitlər və verilmiş kreditlərinin faiz dərəcələri artmağa başlayıb.
Banker.az xəbər verir ki, manatda cəlb edilmiş depozitlərin faiz dərəcələri son bir ayda 1.4 faiz bəndi artımla 8.18%-ə yüksəlib.
Paralel olaraq artım müştərilərə verilən kreditlərin faiz dərəcələri 0.62 faiz artımla 17.62%-ə qədər artıb.
Xarici valyutada cəlb edilən depozitlərin faiz dərəcələri 0.48 faiz bəndi azalma ilə 1.07%-ə, verilmiş kreditlər isə 1.1 faiz bəndi artımla 5.07% bəndinə yüksəlmişdir.