19 C
Baku
Friday, September 20, 2024

Millikart E-commerce təklifi

MilliKart hər gün davamlı dəyişikliklər ilə qarşı-qarşıyadır və bu bizim üçün böyük stimuldur. Müasir həyatımızı artıq İnternetsiz, müxtəlif mobil cihazlar və əlavələrsiz təsəvvür edə bilmirik. İnternetdə aparılan əməliyyatların dinamik artımını, istehlakçı davranışının və mədəniyyətinin elektron mühitin xeyrinə inkişaf etməsini, elektron mağazaların sayının böyüməsini nəzərə alaraq, MilliKart E-commerce xidmətlərini təqdim edir. Qeyd etdiyimiz xidmət həm online alış-veriş imkanını verir, həm də müxtəlif elektron ödənişlərin qəbulunu təmin edir.

Hər iki halda əməliyyat müvəffəqiyyətlə bitdikdən sonra ödəniş ilə bağlı məlumatlar müştəriyə elektron bildiriş şəklində təqdim olunur. Ödəniş kartı üzrə və şəxsi məlumatlar MilliKartın təmin etdiyi ən müasir 3D Secure texnologiyası ilə qorunur. Ödənişlər barədə ətraflı məlumat almaq, ödənişlərin statistikası və artım dinamikası ilə tanış olmaq üçün Merchant WorkPlace paneli hazırlanmışdır. Burada:

  • Qeyd edilmiş tarixlər üzrə həyata keçirilən ödənişlərlə tanış olmaq;
  • Ödənişləri ləğv etmək;
  • Merchantı müvəqqəti bloka salmaq;
  • Ödəniş həyata keçirildikdə bu barədə email və ya sms bildiriş almaq kimi imkanlar yaradılmışdır.

Siz e-ticarətdə təcrübəsiz istifadəçi və ya çox təcrübəli veteran olsanız belə, hər biznes sahibi e-ticarət üzrə sadələşdirilmiş xidmətlərdən yararlana bilər. Biz sizin bütün tələblərinizi nəzərə alaraq e-ticarət üzrə vahid bir həll təqdim edirik. 1. MilliKart e-ticarət platformasının üstünlüklərindən istifadə edin – 3-cü tərəflər üçün ödənişlər qəbul edin – Bizim “ağ etiketkalı” həllimizdən isitfadə edin – Əsas kredit/debit və lokal kartları qəbul edin

2. Məhsullarınızı asanlıqla idarə edin – Tranzaksiyalar, statistika və hesabatlar üçün vahid interfeys 3. Tam dəstək – Ən təhlükəsiz və istifadədə rahat olan ödəniş həllini əldə edin – Təcrübəli IT dəstəyi və kəsintisiz inteqrasiya üçün komanda – Pulsuz test hesabı əldə edin

4. «Hamısı bir yerdə» həlli – Bütün növ ödənişlər – Bütün valyutalar – Yüksək təhlükəsizlik – Web inzibatçılıq – Problemsiz inteqrasiya Qiymət siyasəti

– Biz şəffaf qiymətlər təklif edirik: – 2,5% – beynəlxalq kartlar üzrə – 1,4% – “MilliKart” Prosessinq Mərkəzində xidmət olunan kartlar üzrə – Pulsuz quraşdırılma

Xidmətimizə qoşulmaq üçün bizim əməkdaşlıq etdiyimiz bir neçə ekvayrinq lisenziyası olan banklardan (Unibank, Dəmirbank, Accessbank) birini seçərək, merçant hesabı açmalı və xidmət müqaviləsi bağlamalısınız. Biz isə öz növbəmizdə müvafiq texniki sazlamaları həyata keçirərik.

Daim uzun müddətli və sağlam əməkdaşlığa ümid edirik. Bizim cavablandıra biləcəyimiz bütün suallarınızı çəkinmədən bizə yönləndirə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər