3 C
Baku
Cümə, Yanvar 21, 2022

“MilliKart” MMC Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna 25.000 manat ianə etdi

“MilliKart” MMC ölkənin ərazi bütövlüyü uğrunda şərəf və ləyaqətlə mübarizə aparan Azərbaycan ordusuna dəstək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna  25.000  manat məbləğində vəsait köçürüb.

“MilliKart” MMC , ərazilərinin  düşmən işğalından azad edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edir və qələbəyə doğru davam edən döyüşlərdə Azərbaycan ordusunu inamla dəstəkləyir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun yaradılmasında əsas məqsəd, Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirməkdir.

Son xəbərlər
Oxşar xəbərlər