21 C
Baku
Wednesday, October 5, 2022

“MilliKart” Prosessinq Mərkəzi 13 yaşını qeyd edir®

Ölkədə sağlam rəqabət mühitinin yaradılması və nağdsız hesablaşmaların inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankında “MilliKart” Prosessinq Mərkəzi yaradılaraq istismara verilmiş və 02 oktyabr 2006-cı il tarixindən etibarən “MilliKart” Prosessinq Mərkəzi fəaliyyətini Məhdud Məsuliyyətli Cəmiyyət kimi davam etdirmişdir. Yarandığı andan bu günə kimi fəaliyyətinin bir neçə fundamental istiqamətlərində özünü ciddi və etibarlı bazar iştirakçısı kimi sübut edərək, “MilliKart” 13 il ərzində bir çox uğurlu layihələrə imza atmışdır.

“MilliKart” “VISA”, “Mastercard” və “Union Pay” beynəlxalq kart təşkilatlarının tam üzvüdür. Kart və ödəmə texnologiyaları, həmçinin informasiya texnologiyaları sahəsində regionumuzun ən sürətlə inkişaf edən şirkətlərindən biri olmaqla, respublikamızın böyük pərakəndə və korporativ banklarına, “Azərpoçt” MMC-nə, bank olmayan kredit təşkilatlarına, investisiya və sığorta şirkətlərinə, ödəmə platformalarına və çoxsaylı internet mağazalara xidmət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 26 Sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş, “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı əsas tutaraq, “MilliKart” rəqəmsal transformasiya mərhələsini uğurla həyata keçirir. Son dövrlər ərzində bu istiqamətdə “MilliKart” tərəfindən bazar iştirakçılarına bir çox yeni xidmət və məhsullar təqdim edilmiş və hazırda rəqamsal dünyanın standartlarına cavab verən yeni layihələrin icrasına start verilmişdir.

“MilliKart” Prosessinq Mərkəzinin nizamnamə kapitalında iştirak edən bank və təşkilatlar: “Urbis Holding İnc.”, “Dəmirbank” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Bank Respublika” ASC, “Para BOKT” MMC, “AtaBank” ASC, “UniBank” KB ASC, “Texnikabank” ASC, “Amrahbank” ASC, “Bank Standard” KB QSC, “KredoBank” ASC, “Rabitəbank” ASC, “Turanbank” ASC, “Azər-Türk Bank” ASC, “Bank of Baku” ASC, “AccessBank” QSC, ASC “Xalq” Bankı, “Zaminbank” ASC.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Процессинговый центр «МиллиКарт» отмечает свое 13-летие

 

В целях создания здоровой конкурентной среды и развития безналичных платежей в стране Центральным Банком Азербайджанской Республики был основан и сдан в эксплуатацию процессинговый центр «МиллиКарт», который с 2 октября 2006 года продолжил свою деятельность как общество с ограниченной ответственностью. С момента своего основания и по сегодняшний день, «МиллиКарт» показал себя серьезным и надежным участником рынка в нескольких фундаментальных направлениях, и, за 13 лет своей деятельности претворил в жизнь многочисленные успешные проекты.

 

«МиллиКарт» является полноправным членом международных платежных систем «VISA», «Mastercard» и «Union Pay». Будучи стремительно развивающейся компанией в карточных и платежных технологиях, а также в области информационных технологий в регионе, «МиллиКарт» обслуживает розничные и корпоративные банки, ООО «Азерпочт», небанковские кредитные организации, инвестиционные и страховые компании, платежные платформы и многие интернет-магазины.

 

В рамках исполнения «Государственной программы по расширению цифровых платежей в Азербайджанской Республике в 2018-2020 годах» утвержденный Распоряжением Президента Азербайджанской Республики от 26 сентября 2018 года, «МиллиКарт» успешно претворяет в жизнь фазу цифровой трансформации. В этом направлении «МиллиКарт» предоставил участникам рынка множество продуктов и услуг, и, в данный момент в процессе реализации новых проектов, отвечающих стандартам цифровизации.  

 

Банки и организации, участвующие в уставном капитале процессинговой компании «МиллиКарт»: “Urbis Holding İnc.”, ОАО “ДемирБанк”, ОАО “Азербайджанский Промышленный Банк”, ОАО “Банк Республика”, ООО “Para BOKT”, ООО “АтаБанк”, ОАО КБ “ЮниБанк”, ОАО “ТехникаБанк”, ОАО “АмрахБанк”, ЗАО КБ “Банк Стандарт”, ОАО “КредоБанк”, ОАО “РабитаБанк”, ОАО “ТуранБанк”, ОАО “Азер-Тюрк Банк”, ОАО “Банк оф Баку”, ЗАО “АксессБанк”, ОАО “ХалгБанк”, ОАО “ЗаминБанк”.

Son xəbərlər
Oxşar xəbərlər