“Millikart”a yeni İcraçı direktor təyin olundu

“Millikart” MMC-yə yeni İcraçı direktor təyin edilib.

Banker.az-ın məlumatına görə, İlker Hepçorman “Millikart” MMC-yə İcraçı direktor təyin edilib.

O, bundan əvvəl “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin üzvü olub. 2024-cü ilin avqustunda bu vəzifəyə təyin edilmişdi.

İlker Hepçorman 1980-ci ildə İzmir, Türkiyədə anadan olub. Orta məktəb və lisey təhsilini Fen və Riyaziyyat sahəsində ingilis dilində Özəl Altuğ Kollecində başa vurmuş, Los Angeles Beynəlxalq Universitetindən ingilis dilində Biznes idarəçiliyi üzrə bakalavr dərəcəsi almışdır. Karyerasına Azersun Holdinqdə proseslərin idarə edilməsi və statistik analiz sahələrində başlamış, SAP və BPR layihələrində iş proseslərinin təhlili, təkmilləşdirilməsi və rəqəmsal transformasiya mövzularında fəaliyyət göstərmişdir. Mart 2013-cü ildən etibarən “Azərbaycan Sənaye Bankı” ASC-də rəqəmsal bankçılıq və ödəniş kartları sahəsində menecer vəzifəsində çalışır. Burada, kart əməliyyatları və bank sistemləri üzərində sistem inkişafı, proseslərin təkmilləşdirilməsi və rəqəmsal transformasiya kimi mühüm layihələrdə iştirak etmiş və rəhbərlik edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər