26 C
Baku
Saturday, July 27, 2024

“MilliÖn” aparatında əməliyyatlara sahibkarın qoyduğu şəxsi qadağa ləğv edildi

“MilliÖn” aparatında əməliyyatlara qoyulan şəxsi qayda ləğv edildi.

Banker.az gun.az istinadən xəbər vermişdirki,  Bakının mərkəzində, Şeyx Şamil küçəsində, 132 nömrəli məktəbin yanındakı marketin sahibi həmin mağazada olan “MilliÖn” ödəmə aparatı vasitəsilə kredit və “Topaz” ödənişlərinin aparılmasına icazə vermir.

“MilliÖn” ödəmə terminallarının məxsus olduğu “Komtek” şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət Vasitələri Qrupunun rəhbəri Ülviyyə Əfəndiyeva Gün.Az-a bildirmişdi ki, məsələ araşdırılacaq və lazımi addım atılacaq.

Ü.Əfəndiyeva saytımıza açıqlamasında bildirdi ki, məsələ artıq araşdırılıb və həmin ödəmə terminalının distribütora məxsus olduğu üzə çıxıb:

“Distribütor terminalı bizdən alıb və sahibkara icarəyə verib. Orada kredit ödənişlərinin aparılmasına qoyulan qadağadan distrübütorun xəbəri olmayıb. Biz məlumat verdikdən sonra problem həll olub. Artıq müştərilər orada bütün ödənişlərini rahat şəkildə həyata keçirə bilərlər”.

Son xəbərlər
Digər xəbərlər