Nağd ödənişlərin ən populyar platformalarından olan milliön ətraf mühitin qorunması üçün yeni bir təşəbbüsə start verir. Hər gün minlərlə kağız çek çap olunur, lakin elektron qəbz seçimi ilə bu itkini azaltmaq hər bir istifadəçinin əlindədir.
Hər ağac – 27 km qəbz kağızı deməkdir. Ay ərzində 2 000 km çap olunan kağız əvəzinə rəqəmsal qəbz seçimi etməklə 100-ə yaxın ağacın qorunmasına dəstək ola bilərsən.
İstifadəçiləri kağız qəbzlər əvəzinə e-qəbz seçməyə təşviq edən bu təşəbbüs, hər kəsin daha yaşıl və davamlı gələcək naminə kiçik, lakin təsirli bir addım atmasına imkan yaradır.