13 C
Baku
Saturday, November 23, 2024

Milliön ilə hansı bankın borcunu ödəmək olar

Yəqin ki, metroların girişində və ya iri mağaza və ya ticarət mərkəzlərində bankomatlara oxşayan iri qırmızı rəngli dəmir aparatları görmüsünüz. Bankda kreditləri olmayan şəxslər bəlkə də bu aparatların nə olduğu barədə suallar əmələ gəlmişdir. Gördüyünüz bu aparatlar MilliÖN ödəniş terminallarıdır. 

MilliÖN ilə nələri ödəmək olar?

Mobil rabitə, Kommunal xidmətlər, İnternet, Kabel televiziyası, Telefon, Bank xidmətləri, Şəbəkə marketinq, Sığorta, Ödəmə kartları, Elektron pul kisəsi, Totalizator, Ağıllı alış-veriş, TQDK xidmətləri, Səyahət, Əyləncə mərkəzlərində ödənişlər edə bilərsiniz.

Həmçinin günün istənilən vaxtı MilliÖN vasitəsi ilə kredit borcunuzu ödəyə bilərsiniz. Burada əsas məqsəd vaxta qənaətdir ki, bunun üçün kredit ödənişlərini ölkəmizin müxtəlif yerlərində yerləşdirilmiş 3 000-ə yaxın MilliÖN ödəmə terminallarının köməyi ilə həyata keçirə bilərsiniz.

MilliÖN ilə hansı Bankların kreditlərini ödəyə bilərsiniz?

  1. DəmirBank
  2. TuranBank
  3. Unibank
  4. Bank Standard
  5. Bank of Baku
  6. AG Bank
  7. Nikoil Bank
  8. Ata Bank
  9. Bank Respublika
  10. AFB Bank

MilliÖN ilə hansı BOKT –ların kreditlərini ödəyə bilərsiniz?

  1. FİNCA Azerbaijan
  2. AzerCredit
  3. TBC Kredit
  4. FlexiCred
  5. Embafinans

Kredit ödənişlərini MilliÖN ödəmə terminalları vasitəsilə həyata keçirmək üçün sizə təkcə kredit aldığınız banka yaxınlaşaraq “kredit İD” kodunuzu almaq lazımdır.

Kredit borcunuzu aşağıdakı ardıcıllığı izləyərək ödəyə bilərsiniz:

Terminalın ekranından “Bank xidmətləri” bölməsini seçin;

  • Növbəti açılan pəncərədən “Bankınızı” seçin;
  • Sonra bankdan aldığınız “Kredit İD”-nizi 2 dəfə daxil edin;
  • “Kredit İD”-nizi 2 dəfə daxil etdikdən sonra sizin adınız, soyadınız və atanızın adı ekranda çıxacaq;
  • Adınız və soyadınıza əsasən kredit kodunuzu düz daxil etmənizə əmin olduqdan sonra ödəniləcək məbləği terminala daxil edin;
  • Terminaldan çıxan qəbz, ödənişi təsdiq edən sənəd sayılır və saxlanmanız məqsədə uyğundur.
  • Terminaldan kredit borcunuzu ödədiyiniz sizdən üçün xidmət haqqı tutulmur.
Son xəbərlər
Digər xəbərlər