“Komtech” şirkəti yaxın vaxtlarda terminallarında kredit kartlarının qəbulu funksiyasını aktivləşdirəcək.
Şirkətdən bildiriblər ki, bu xidmət növü bütün “Milliön” terminallarında mövcuddur, lakin bu günədək bu funksiyaya böyük tələbat olmadığına görə aktivləşdirilməyib. “Terminallarda gələcəkdə kredit kartı vasitəsi ilə ödənişlərin qəbulu, elektron pul cüzdanı funksiyasını aktivləşdirməyi planlaşdırırıq. Bundan başqa, dövlət qurumlarının cərimələrinin terminallar üzərindən qəbulunun təşkili də nəzərdə tutulub”, – deyə şirkətdən məlumat veriblər.
Terminalların yeraltı keçidlərdən yığışdırılmasının səbəbi isə bir sıra terminallarda yaranmış texniki problemlərin həlli və digər qurğularda profilaktik tədbirlərin görülməsi olub. Gələcəkdə terminalların yenidən keçidlərdə istismara verilməsi istisna edilmir.
Azertac