Azəraycanda iri xidmət şəbəkəsinə malik olan, “m10” və “MilliÖn” kimi terminallara sahib olan “PashaPay” MMC-nin nizamnamə kapitalı 70 milyon manata çatdırılıb.
Banker.az xəbər verir ki, ödəniş təşkilatının kapitalı 2025-ci ildə 28.09 milyon manat və ya 70 faiz artırılıb.
Bununla da nizamnamə kapitalı 68.12 milyon manata qaldırılıb. Halbuki, ilin əvvəlində cəmi 40.22 mln. manat idi.
Xatırladaq ki, “PashaPay” MMC 2005-ci ildə yaradılıb. Şirkət 2024-cü ildə elektron pul təşkilatı kimi Mərkəzi Bankdan lisenziya əldə edib.








