Millli Məclisdə iqtisadiyyat komitəsinin sədri – Tahir Mirkişilinin dosyesi

Mirkişili Tahir Famil oğlu — 7 iyun 1977-ci ildə anadan olib. Milli Məclisinin VI çağırış deputatır. 42 saylı Sumqayıt 2-ci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq Milli Məclisə seçilib.

10 mart 2020-ci ildə Milli Məclisin ilk toplantısında, onun, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə [MM-də] sədrilik etməsi tapşırılıb.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi — dövlətin maliyyə və vergi siyasətinin, iqtisadi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair, habelə dövlət büdcəsinin təsdiq edilməsi və icrası ilə bağlı qanun və qərar layihələri üzrə aparıcı komitədir.

Komitə həmçinin Preziden təqdimatına əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvləri vəzifəyə təyin və vəzifədən azad edilərkən təklif olunan namizədliklərə baxır və onlar barəsində rəy verir; Auditorlar Palatası və Hesablama Palatasının sədri, sədr müavini və auditorlar vəzifəyə təyin edildikdə və ya vəzifədən azad edildikdə təklif olunmuş şəxslərin namizədliklərinə baxır və onlar barəsində rəy verir; Dövlət büdcəsinə nəzarətlə bağlı məsələlərə baxır və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir.

Tahir Mirkişili 1994-cü ildə Bakı şəhəri 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü litseyi bitirmişdir. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuş və 1998-ci ildə həmin fakültəni bitirmişdir.

Onun tələbəlik illərinə nəzə yetirdikdə, 1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ali təhsil müəssisə tələbləri arasındakı Ümumrespublika İqtisadiyyat Olimpiadasında 1-ci yeri tutması ilə bağlı tərcümeyi-halənda qeydlərə rast gəlinir.

2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsi almışdır.

2006-cı ildə “Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, İqtisad elmləri üzrə fəlsəfə doktoru (Phd) alimlik dərəcəsi alıb.

2016-cı ildə Oksford (Böyük Britaniya) Universitetinin “Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Siyasət” ixtisası üzrə xüsusi proqramını bitirmişdir.

İngilis, rus və alman dillərini bilir. Ailəlidir, 2 övladı var.

Kareyrası…

1 kitabın və 10-dan çox elmi məqalənin müəllifidir. Yerli və xarici mətbuatda İqtisadiyyat və İnformasiya Kommunikasiya Texnologiyaları ilə bağlı 100-ə yaxın analitik məqaləsi dərc edilmişdir. Elektron Hökumət quruculuğu üzrə bir sıra uğurlu layihələrin hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak etmişdir (Elektron İmza, Elektron Təhsil, Elektron Kitabxana, Səyyar ASAN xidmət, Eurovision portalı, Elektron İdarəetmə Sistemləri, Kibertəhlükəsizlik və sairə bu kimi layihələr).

1998-ci ildə Azərbaycan Resublikası Xarici İqtisadi Əlaqələr Nazirlyində Ümumdünya Ticarət Təşkilatı üzrə mütəxəssis, 2000-2006 – cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Dünya İqtisadiyyatı” fənni üzrə müəllim, 1999-2011-ci illərdə özəl sektorda İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2011- ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf nazirinin İnnovasiyalar üzrə müşaviri təyin edilmişdir. 1-ci dərəcəli dövlət qulluqçusudur.

1999-cu ildə “Ultra” şirkətini təsis edib. Mirkişili müsahibələrinin birində Azərbaycan biznes və İT aləminə həm idarəetmə , həm də çeviklik və peşəkarlıq nöqteyi nəzərindən bir yenilik gətirmək məqsədi ilə yaradıldığını demişdi.

2012 ci ildə İKT də xidmətlərə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və nümayəndə heyəti rəhbərinin müavinidir.

ATƏT Parlament Assambleyasının 2017-ci ildə qəbul etdiyi “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” qətnamə layihəsinin müəllifidir.

2016-cı ildən 5-ci çağırış Milli Məclis seçkilərində deputat seçilmişdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları