5 C
Baku
Saturday, December 14, 2024

Milunka Saviç – I dünya müharibəsinin ulduzu

Milunka Saviç (Serbiya) Birinci Dünya müharibəsi zamanı kişi libası geyinmiş və könüllü şəkildə cəbhəyə getmişdir. O burada Milun adı ilə döyüşürdü. Milun yalnızca yaralandıqdan sonra xəstəxanada həkimlər onun qadın olduğunu aşkar edir. Milun Dəmir alayında vuruşurdu və 9 dəfə yaralanmışdı. Tjörndə aparılan döyüşlər zamanı Milun tək başına 23 bolqar əsgərini əsir götürmüşdü. Cəsurluğuna görə Fəxri legion ordeni, Ulduzlu və qılınclı Karaqeorgiyev ordeni, Georgiy xaçı ilə təltif olunmuşdu. Bundan əlavə, Milunka Saviç Fransanın hərbi xaçına layiq görülmüş yeganə qadındır.

O 1919-cu ildə ordudan tərxis edilir və Fransaya köçməkdən imtina edir. Qeyd edək ki, ona burada hərbi təqaüd təyin edilmişdi. Bunun əvəzində o valideynsiz qalmış 3 qız uşağını övladlığa götürür, yoxsul poçt işçisinə ərə gedir, öz vətənində tezliklə unudulur, xidmətçi olaraq işləyir.

İkinci dünya müharibəsi zamanı almanlar tərəfindən təşkil edilmiş ziyafətə getməkdən imtina etmişdi. Bu zaman bir alman generalı qəhrəman və cəsur serbiyalı qadın haqqında eşitdiklərini xatırlamışdı. Dəvətə getmədiyinə görə isə Baniç konslagerinə göndərilmişdi.

1973-cü ildə onun ölümünə az qalmış jurnalistlər onun tarixçəsini çap edirlər. İnsanların təzyiqi nəticəsində dövlət ona kiçik mənzil vermişdi.

Son xəbərlər
Digər xəbərlər