20 C
Baku
Bazar, Oktyabr 24, 2021

Milyarda yaxın nizamnamə kapitalı olan dövlət ASC-sinin hesabatını bu yerli audit şirkəti yoxlayır

Azərbaycanın ən böyük dövlət səhmdar cəmiyyətlərindən biri — “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin (MST) 2018-ci il icmal maliyyə hesabatlarını audit edəcək şirkətin adını açıqlayıb.

Banker.az-ın xəbərinə görə, bu “Azəri-Audit Auditor” firmasıdır və bu şirkətə xidməti müqabilində MST cəmi 10 min manat vəsait verəcək.

Lakin, maraqlı məqam ondan ibarətdir ki, bu audit şirkətinin internet səhifəsinə belə rast gəlinmir.

ASC-nin Azərbaycan Prezidenti tərəfindən təsdiqlənən əsasnaməsinə əsasən gəlirləri dövlət büdcəsindən, büdcədənkənar vəsaitdən, kreditlərdən, qrantlardan, xidmət və istehsaldan daxil olan, qanunvericiliklə qadağan olunmayan fəaliyyət növlərindən əldə edilən vəsaitlərdən ibarətdir. Cəmiyyətin nizamnamə kapitalı 728 428 260 manatdır.

Son xəbərlər
Oxşar xəbərlər