12 iyul 2023-cü il saat 14.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Azərbaycanlı milyarder Fərhad Əhmədovun Göyçaydakı “AZNAR” şirkətinin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə “AzNar” QSC-nin 2022-ci il üçün illik maliyyə hesabatlarının müzakirəsi və təsdiqi, “AzNar” QSC-nin 2022-ci maliyyə-təsərrüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi, “AzNar” QSC-nin direktorlar şurası barədə, “AzNar” QSC-nin yeni redaksiyada nizamnaməsi, “AzNar” QSC-nin restrukturizasiyası, yeni törəmə cəmiyyətlərinin və təsərrüfat subyektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlər daxildir.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə aid təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda yerləşən cəmiyyətin inzibati binasında tanış ola bilərlər.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiqləyən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyətini və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidir.
Əlaqə telefonu – (+9942027) 4-05-17.
Ünvan – AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120.