27 C
Baku
Saturday, July 27, 2024

Milyarder 13 il müddətinə azadlıqdan məhrum edildi

Çində çinli-kanadalı milyarder, “Tomorrow Holding” konqlomeratının təsisçisi Xiao Jianhua maliyyə maxinasiyalarına görə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Müvafiq qərarı Şanxay məhkəməsi verib.

Məhkəmə “Tomorrow Holding”i ölkənin maliyyə qanunvericiliyinin çoxsaylı pozuntularına görə 55.03 milyard yuan (8.09 milyar dollar) məbləğində cərimələk qərarı verib. Milyarderə 6.5 milyon yuan (955.8 min dollar) məbləğində cərimə təyin olunub.

Dinləmələr zamanı sübuta yetirilib ki, Xiao Jianhua yerli qanunları dəfələrlə pozub, ictimai vəsaitlərdən külli miqdarda pul mənimsəyib, bazarda qiymətli kağızlarla maxinasiyalar həyata keçirib və onun nəzarətində olan şirkətlərin aktivlərini qanunsuz olaraq mənimsəyib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər