10 C
Baku
Tuesday, November 5, 2024

Milyarder 2020-ci ildə keçiriləcək prezident seçkilərindən imtina edir

Nyu-Yorkun keçmiş icra başçısı milyarder Maykl Blumberq (ing: Michael Bloomberg) bildirib ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürməyəcək. Banker.az xəbər verir ki, Bloomberg saytında nəşr olunan bir bəyanatda qeyd edir ki, bir çox insan onu prezident kampaniyasına qatılmağa çağırıb.

“Seçki kampaniyasında qələbə qazanmaq üçün nə lazım olduğunu yaxşı bilirəm. Bilirik ki, biz ölkə olaraq çox yaxşı nəticələr göstərə bilərik və mən hesab edirəm ki, mən bu səsvermədə Donald Trampa qalib gələrdim. Lakin namizədlərin sayını nəzərə alaraq, namizədliyi Demokratik Partiyadan irəli sürmək nə qədər çətin olduğunu başa düşürəm”, – Maykl Blumberq əlavə edib. O demişdir ki, Demokratik Partiya Donald Trampı məğlub edə biləcək və daha “dörd illik” hakimiyyətinin qarşısını alacaq namizəd təqdim etməlidir.

Blumberq qeyd edib ki, onun bu qərarına təsir edən amillərdən biri növbəti iki il ərzində milli problemlərin daha da kəskinləşə biləcəyi faktı olub. Belə ki, onun fikrincə mövcud prezidentin verdiyi qərarlar “vəziyyəti daha da ağırlaşdırır”. Milyarder əlavə edir: “Bir çoxlardan fərqli olaraq, mən insanları bir araya gətirmək və əhəmiyyətli nəticələr əldə etmək üçün lazım olan resursları ayırd edə bildiyim üçün çox şanslıyam”.

Bloomberg hesab edir ki, onun seçki kampaniyasında iştirak etməsi, bu istiqamətdə fəaliyyət qabiliyyətini məhdudlaşdıracaq. “Növbəti iki ilimi fikirlərimin və nailiyyətlərimin müzakirəsinə həsr etməliyəm mi? Bilirəm ki, heç vaxt demokratların namizədləri sırasında ola bilməyəcəyəm. Ya da bu iki ili artıq başladığım işin inkişafına sərf etməliyəm, bilirəm ki, bununla ölkə üçün real və faydalı nəticələr əldə edə bilərəm”, – deyə  Maykl Blumberq seçki kompaniyasında iştirakı haqında öz düşüncələrini bölüşüb.

Blumberq-in fəaliyyət istiqamətlərindən biri, Beyond Carbon layihəsinin işə salınmasıdır. Layihə Amerikanın ən qısa müddətdə neft və qaz iqtisadiyyatından təmiz enerjiyə keçid etməsinə aiddir. “Prezident olmaqdan böyük bir şərəf olmasa da, mənim bir vətəndaş kimi əsas vəzifəm ölkəmə ən yaxşı şəkildə kömək etməkdir”, – deyə o bildirib.

ABŞ-ın Federal Seçki Komissiyasının məlumatlarına görə, ölkədə ən yüksək vəzifəyə təyin olunan namizədlərin sayı demək olar ki, 500-ə çatıb. 20 yanvar tarixinə bu sənədləri artıq 471 namizəd təqdim edib. Siyahıya 143 demokrat, 64 respublikaçı, 18 libertarial və Yaşıllar Partiyasından 10 namizəd daxildir. Qalanlar müstəqil namizədlər və ya digər partiyaların tərəfdarlarıdır.

Son xəbərlər
Digər xəbərlər