18 C
Baku
Friday, October 18, 2024

Milyarder ailənin iflas tarixçəsi

Beynəlxalq KİV-nin bu hadisəni demək olar ki, işıqlandırmamasına baxmayaraq, bu Yaxın Şərqdə baş vermiş son dövrlərin ən iri həcmli maliyyə qalmaqalı idi.

Deutsche Bank, BNP Paribas, City Group və HSBC bankları da daxil olmaqla bütün dünya üzrə 100-dən çox bank Ahmad Hamad Algosaibi & Brothers Company (AHAB) şirkətinin 2009-cu ildə defolt elan etməsindən sonra onların çoxmilyardlı zərərlərini hesablayır.

Mürəkkəb maliyyə vəziyyəti Səudiyyə Ərəbistanı, Bəhreyn, ABŞ, Böyük Britaniya, İsveçrə və Kayman adalarında saysız məhkəmə iddiaları, apellyasiya və cavab iddialarına gətirib çıxarmışdı.

AHAB və onun kreditorlarının uzun müddət ərzində razılığa gələ bilmədiyi qarşıdurmanı artıq “soyuq müharibə” adlandırırlar. 6 il keçdiyi bir vaxtda artıq onun bir çox iştirakçıları hər hansı bir  həll yolunun olacağına ümidlərini itirmişlər. Digərləri isə, razılığın əldə ediləcəyinə dair əlamətlərin olduğunu bildirirlər. Əgər onlar haqlıdırlarsa, bu nəhəng infrastruktur layihələri üçün əcnəbi kapital cəlb etməyə çalışan Səudiyyə ərəbistanlılarının ürəyincə olacaq.

1940-cı ildə Səudiyyə Ərəbistanında Kuseybi ailəsi tərəfindən əsası qoyulan AHAB holdingi kənd təsərrüfatı, mirvari emal edilməsi, bank işi, səərinləşdirici içkilər və avtomobil təkərlərindən tutmuş müxtəlif biznes növləri ilə məşğul olmuşlar.

Şirkət böyüdükcə ondan pay əldə edən ailə üzvləri də artırdı. Onlardan biri Küveyt əsilli Səudiyyə milyarderi və məşhur Saad Group investisiya şirkətinin sahibi Maan a-Sanea-ya ərə gedən AHAB yaradıcısının qızı idi. Toydan sonra Sanea AHAB holdinginin maliyyə departamentinə rəhbərlik etməyə başlayır və tezliklə çoxlu sayda kredit götürür. Məsələn, Money Exchange (holdingin maliyyə şirkətlərindən biri) 2000-ci ildən 2009-cu ilə qədər ümumilikdə 120 milyard dollar kredit götürmüşdür ki, bu da regional şirkət üçün həddindən artıq böyük məbləğdir. Lakin ən maraqlısı odur ki, bank kreditlərinin əksəriyyəti hər hansı bir təminat olmadan, “borcalana etibar” qismində verilirdi.

Holdingin ilk maliyyə problemləri 2009-cu ildə qlobal böhran dövründə bankların yeni borc verməkdən imtina etdiyi bir vaxtda yaranır. 2009-cu ilin may ayında TIBC (AHAB-ın Bəhreyndə açdığı törəmə şirkət) defolt elan etdi. Tezliklə Money Exchange də defolt elan etməli olur.

Məhkəmə iddiaları zamanı Küseybi ailəsi bir sıra ciddi ittihamlarla çıxış etdi. Belə ki, onlar maliyyə departamentini vəziyyəti bütünlüklə ələ almış Sanea-nın rəhbərlik etdiyi 9 milyard dollarlıq fırıldağın qurbanı olduqlarını bildirirlər.

Ailənin fikrincə Sanea ailənin “şərəf və ləyaqətinə” ləkə gətirmişdir. Onlar Sanea-nı AHAB-ın adından və yaxud holdingin zəmanəti ilə iri miqyaslı kredit cəlb etməkdə, həmçinin gəlirin Kayman adalarında onun tərəfindən yaradılmış digər şirkətlərə köçürülməsində günahlandırır.  AHAB-ın 2000-2009-cu illər arasında çox milyardlı tranzaksiya həyata keçirməsinə baxmayaraq, ailə ayrı-ayrı ödənişlərə görə yalnızca 146 milyon dollar aldığını iddia edir.

Sanea isə öz növbəsində cavab iddiaları ilə çıxış edərək, ünvanına səsləndirilmiş iddiaları təkzib edir. Aparılan bütün araşdırmalara baxmayaraq, yaranmış vəziyyətdə hələ də bəzi nüansların üstü açılmayıb. Sanea-nın isə vəziyyətə təsiri isə şübhələr doğurmaqda davam edir.

Son xəbərlər
Digər xəbərlər