ABŞ-da 16 iyunda qeyd olunan Atalar Günü üçün Forbes, Warren Buffett, Charles Koch və digər milyarderlərin övladlarına verdiyi iş və həyat mövzusuna dair məsləhətlərini topladı.
Əgər sizin atanız dünyanın ən varlı insanlarından biridirsə, yeni avtomobil istəyinin asanlıqla yerinə yetiriləcəyini düşünə bilərsiniz. Lakin Howard Graham Buffett (Warren Edward Buffett) üçün belə olmamışdı. O, atası ona avtomobil alsın deyə doğum günü və Milad bayramı hədiyyələrindən imtina etməli olmuşdur.
Bu gün Howard “Berkshire Hathaway” in direktorlar şurasının üzvüdür. Milyarder atasına minnətdar olduğunu qeyd edir.
“Əgər mənim atam bizə çoxlu pul versəydi, daim bizə nəzarət etməli olacaqdı. O isə bizə azadlıq bəxş etdi. Atam həmişə deyirdi: “Nə etməyi sevdiyinizi tapın”.
Atanız milyarderdirsə, bu özü də bir hədiyyədir. Belə qohumluq əlaqələrinin öz üstünlükləri var. Belə ki, müvəffəqiyyətli iş adamlarının uşaqları atalarından çox dəyərli məsləhətlər və digər faydalı biliklər alırlar. Atalar Günü şərəfinə milyarder ataların uşaqlarına verdiyi beş məsləhəti sizlərlə bölüşürük.
Charles Koch və Chase Koch: “Öz prinsiplərinizə əməl edin”

“Coch Industries” korporasiyasının icraçı direktoru və sədri olan Charles Koch, Amerikanın ən varlı insanları arasında yeddinci yerdədir. 2018-ci ilin noyabr ayında “Startup Grind” tədbirində oğlu Chase, atasının uşaqlarından əsas beş prinsipə əməl etmələrini tələb etdiyini bildirdi: sevgi, cəsarət, iman, şərəf və sədaqət.
“Sənin 5 və ya 6 yaşın var və sən masa arxasında əyləşib nahar edirsən. Həmin an sənə sual verirlər: “Bu prinsiplərə əməl etmək üçün bu gün nələr etdin? Və Mən hekayə eşitmək istəyirəm”.
Chase Koch bu dəyərləri öz övladlarına ötürüb. Bu gün milyarder Mesosphere kimi bulud alətlərinin inkişaf elətdirilməsi ilə məşğul olan şirkətlərə, startaplara və 3D çap texnologiyalarına sərmayə qoyan “Koch Disruptive Technologies” ə rəhbərlik edir.
Micky Arison və Nick Arison: “Aşağılardan başlayın”

Arison ailəsi həmişə bizneslə məşğul olub. Micky babasının təsis etdiyi “Carnival Corp” kruiz operatorunun idarə heyətinin sədri və keçmiş icraçı direktorudur. Varlı əcdadların olmasına baxmayaraq, Nick hər şeyə sıfırdan başladı. O, şirkətin menecment heyətinə daxil olmazdan əvvəl maaşı çox aşağı olan bir çox vəzifələrdə çalışıb.
Amerikanın məşhur basketbolçusu Shaquille O’Neal, 2017-ci ildə milyarder haqqında bunları demişdir: “Mən axşamlar məşq etmək üçün gəlirəm, Nick Arison isə paltardəyişmə otağını təmizləyir… Mən onu heç vaxt kostyumda görməmişəm”.
Warren Buffet və Graham Buffett: “İstedadlarınızı harada və necə tətbiq edə biləcəyinizi düşünün”

Gənclik illərində Howard həyatda nə ilə məşğul olmaq istədiyini başa düşə bilmirdi: o, üç kollecdə təhsilini yarımçıq qoyaraq, atasına məxsus olan “See’s Candies” şirkətində buldozer sürücüsü kimi işləməyə başladı. Bu gün Howard uğurlu fermer, fotoqraf, yazıçı və “Berkshire Hathaway” konqlomeratının idarə heyətinin sədridir.
Milyarderin müvəffəqiyyəti, Warren-in ona uşaqlıqdan verdiyi tərbiyə ilə izah olunur: “Edə biləcəyiniz ən pis şey, uşaqları müəyyən şəkildə davranmağa məcbur etmək üçün puldan istifadə etməkdir. Mən uşaqlarıma deyirdim ki, onlar heç nə etməyə borcu deyillər – kolleci bitirmək, həkim və ya hüquqşünas olmaq… Mən deyirdim ki, onlar öz istedadlarından istifadə edərək cəmiyyət üçün faydalı olmalıdırlar”, – deyə Warren Buffet deyib.
Richard Yuengling və onun uşaqları: “Ailənin hər bir üzvünün təklif edəcəyi bir şey var”

Edward Johnson III və Abigaile Johnson: “Böyümək üçün həmişə yer var”









