Milyarder Bidzina İvanişvili Keniyadan dörd ədəd nəhəng baobaba ağacı alıb

Gürcüstandakı hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının yaradıcısı, milyarder Bidzina İvanişvili Keniyadan dörd ədəd nəhəng baobaba ağacı alıb. Bu ağaclar milyarderin Qara dəniz sahilindəki şəxsi parkında əkiləcək.

Banker.az AzerTag-a istinadlaxəbər verir ki, bu barədə Britaniyanın işgüzar “Evening Standard” jurnalı məlumat yayıb.

Gürcüstan KİV-ləri “Kartu” fonduna (Gürcü fondu) istinadla yazır ki, son iki ildə milyarderin Qara dəniz sahəllərindəki Şekveteli dendrologiya parkında xarici ölkələrin müxtəlif bölgələrindən gətirilən nadir növ 150 ədəd ağac əkilib.

Şərqi Afrikadan alınan bu dörd ədəd baobaba ağaclarının alınmasına nə qədər xərcləndiyi bildirilməsə də, milyarder hər birinin ağırlığı 250 ton olan ağacların Keniyanın Mombasa limanından Gürcüstana çatdırılması üçün 850 min ABŞ dolları ödəyəcək. “Evening Standard” yazır ki, İvanişvilinin nümayəndələri artıq bunla əlaqədar “Comatco” nəqliyyat-logistika şirkəti ilə müqavilə imzalayıb. Ağaclar 4 ay müddətinə Gürcüstana çatdırılmalıdır.

B.İvanişviliyə məxsus Ureki Residence kompaniyasının rəhbəri Paata Subeliridze Şevketeli bildirib ki, bu növ ağaclar əvvəllər də dəniz yolu ilə Gürcüstana gətirilib. Onlardan ikisi artıq iki ildir ki, milyarderin Qara dəniz sahilindəki “Paraqraf” otelinin qarşısında əkilib.

Məlumat üçün qeyd edək ki, Ozurqeti bələdiyyəsinin ərazisində 60 hektar ərazidə İvanişvili dendrologiya parkı salınır.

“Kartu” fondunun sədri Nikoloz Çxetiani deyib ki, həmin ərazidə iki park salınır. Tsvemaqla parkı 2019-cu ildə, Şekveteli parkı isə 2020-ci ildə istifadəyə veriləcək.