9 C
Baku
Saturday, December 21, 2024

Milyarder Cek Ma Çin hökuməti ilə mübarizədə $30 mlrd. itirib – “Business Insider”

“Alibaba Group”un həmtəsisçisi, çinli milyarder Cek Ma Çin hakimiyyəti ilə təxminən iki il davam edən münaqişə ucbatından şəxsi sərvətinin 30 milyard dollarını itirib. Bu barədə “Business Insider” məlumat yayıb.

Çin Mərkəzi Bankının Manın həmtəsisçisi olduğu texnoloji nəhəng “Ant Group”a 7.12 milyard yuan (cari məzənnə ilə 985 milyon dollar) cərimə elan etdikdən sonra iş adamının sərvəti rekord həddə düşüb.

İyulun 12-nə olan məlumata görə, Manın sərvəti təxminən 30 milyard dollar təşkil edir – bu, Pekin ilə münaqişədən əvvəl 2020-ci ilin oktyabrında sahibkarın şəxsi maliyyəsinin yarısıdır.

Milyarder 2020-ci ilin oktyabrında Çinin maliyyə tənzimləmə sistemini tənqid etdiyi çıxışından sonra ölkəni tərk edib. Tezliklə Çin tənzimləyiciləri “Alibaba” və “Ant” da daxil olmaqla Manın bütün bizneslərinə diqqət yetirməyə başlayıb.

2022-ci ilin payızından Cek Ma xaricdə yaşayıb. Onun Hollandiya, İspaniya, Avstraliya, Tayland və Yaponiyada yaşadığı güman edilir. Mart ayında məktəblərdən birinə baş çəkmək üçün Ma Çinə geri dönüb.

Qeyri-rəsmi versiyaya görə, Pekin Manı ölkədə işini davam etdirmək üçün materikə qayıtmağa inandırmağa çalışsa da, çinli iş adamı xaricdə qalmağı və şirkətlərini tərk etməyi seçib. Mənbələrə görə, Ma hazırda daimi olaraq Tokioda yaşayır. May ayında o, Tokio Universitetinin nəzdində fəaliyyət göstərən kollecə professor kimi dəvət edilib.

Son xəbərlər
Digər xəbərlər